Main Objective

The main objective of ECONANO is to modernize the existing curricula on Ecology Engineering (“EE”) area in Azerbaijan by introducing more advanced courses, in particular on the production of nanostructured materials and their applications to environmental protection and monitoring.

The reform will concern the Master programme in EE and adjustments to the bachelor programme will be also designed, in order to ensure their consistency with the new master courses..

The objective is to modernize the education on EE in AZ in order to face the impact of the intensive development of the oil industry and other industrial sectors

The harmonization of high education (HE) programmes on EE in AZ and EU will be also pursued. The establishment of double/joint degrees among EU and Azerbaijan HE institutions, within the project objectives, will be the way to maintain the collaboration with the AZ and EU partner universities in the future


ECONANO layihəsinin məqsəd və vəzifələri

ECONANO layihəsinin əsas məqsədi Azərbaycanda Ekologiya mühəndisliyi (EM) üzrə mövcud tədris proqramlarının daha müasir və təkmil kursların daxil edilməsi yolu ilə, xüsusilə nanomaterialların ətraf mühitin mühafizəsində tətbiqi və monitorinqini nəzərə alaraq modernləşdirilməsidir.

Layihədə EM tədris proqramlarının reforması magistratura pilləsində aparılacaq və eyni zamanda bakalavriat pilləsində keçirilən ekoloji fənnlərin korrektə olunması da nəzərdə tutulmuşdur.

Azərbaycan təhsil sistemində EM üzrə tədrisin modernləşdirilməsində məqsəd neft sənayesinin və digər sənaye sahələrinin intensiv inkişafı ilə əlaqədar yaranan ekoloji təsirlərə qarşı mübarizəni ixtisaslaşmış səviyyədə aparmaqdır.

EM tədris proqramının reformasında Azərbaycan ali təhsil sisteminin Avropa Birliyi ölkələrinin ali təhsil sisteminin proqramları ilə harmonizasiyası davamlı şəkildə aparılacaq. Azərbaycan ali məktəbləri ilə Avropa Birliyi ölkələrinin ali məktəblərinin ikili dərəcə çərçivəsində birgə diplomlarının verilməsi məsələsinə baxılacaq. Layihədə iştirak edən İtaliya, Fransa və Yunanıstan universitetləri ilə Azərbaycan universitetlərinin əməkdaşlığı möhkəmləndiriləcək və inkişaf etdiriləcək.

ECONANO layihəsində aşağıdakı fəaliyyətlər nəzərdə tutulmuşdur

  • Tərəfdaş ölkələrin ali təhsil sistemlərində tədris proqramlarının islahatı və müasirləşdirilməsini təşviq etmək
  • Tərəfdaş ölkələrdə ali təhsilin keyfiyyətinin və üstünlüklərinin inkişaf etdirilməsi
  • Tərəfdaş ölkələr və Avropa İttifaqı ali təhsil müəssisələrinin potensialını artırmaq, xüsusilə beynəlxalq əməkdaşlıq və davamlı islahatlar aparmaq üçün tərəfdaş ölkələrdə onlara kömək etmək, özlərini geniş ictimayətə təqdim etmək, iş tapmaq və geniş dünyaya inteqrasiya olunmaqda yardım etmək
  • Tərəfdaş ölkələrin və Avropa İttifaqına üzv dövlətlərin ali təhsil müəssisələri və elmi-tədqiqat institutları arasında şəbəkə artırmaq.

.